!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gələn il yaşayış minimumunun həddi artırıldı

!Reklam – Yazi

Gələn il yaşayış minimumunun həddi 285 manat götürüləcək.

Yenicag.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.
Yaşayış minimumu 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan manatdan 285 manata qaldırılır.

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.
Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

www.yenicag.az

83
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv