Gəlinin bıçaqladığı qayınana və ərin son vəziyyəti açıqlandı

media-hightechnic-468x90

Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb.

Yenicag.az xəbər verir ki, TƏBİB-dən “Report”un Qərb bürosuna bildirilib ki, 25.08.2025-ci il tarixində saat 16:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sol bazunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən 1970-ci il təvəllüdlü və sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil olan şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Nazlı Paşayevə və onun oğlu 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən isə O.Paşayevin həyat yoldaşı A.Məmmədovadır. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa