Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gənc deputatın KLİP QALMAQALI: LGBT-nin təbliğində suçlanır

21 yaşlı deputat klipə çəkildiyinə görə barəsində intizam araşdırması başlayıb.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Rusiyanın Vladimir vilayəti Kirjaç şəhər şurasının Kommunist Partiyasından olan 21 yaşlı deputatı Pyotr Genin reper dostunun klipinə çəkilməklə başına iş açıb.

Lakin klipin yekun versiyasında bir neçə epizodda gey cütlüyün yer alması Xalq Deputatları Soveti Deputat etikası komissiyasının diqqətini cəlb edib.

Komissiya gənc deputatı LGBT-nin təbliğində iştirak etməkdə şübhəli bilərək araşdırmaya başlayıb.

Genin isə həmin klipdə ekranlaşdırılan mahnının müəllifi olan dostunun dəvətilə çəkildiyini bildirib. Onun sözlərinə görə, klipdəki əsas işi mahnı oxunan müddətdə sadəcə maşında dostunun yanında əyləşmək olub.

www.yenicag.az

289
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100