“Gənc jurnalistlər öz cəzalarını inzibati cərimə şəklində ödəsinlər” – Komissiya üzvü

media-hightechnic-468x90

“Gənc jurnalistlər öz cəzalarını inzibati cərimə şəklində ödəsinlər”.

Bunu Yenicag.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Xatırladaq ki, bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Tanınmış hüquq müdafiəçisi gənc jurnalistlər və digər siyasi məhbuslarla bağlı təkliflərini bildirib.

N. Cəfəroğlu qeyd edib ki, onlar siyasi jurnalistlərin, siyasi partiya üzvlərinin və bloqerlərin əfvi ilə bağlı müraciət ediblər:

“Qərarın qəbul edilməsi əfv komissiyasının səlahiyyətindədir. Yaxşı olardı ki, gənc jurnalistlər öz cəzalarını inzibati cərimə şəklində ödəsinlər. Əfv komissiyasına edilən müraciətlər arasında elə məhbuslar da var ki, onlara 10-20 il cəza verilib”.

Leyla Fərzəliyeva

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600