!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc kadrların “TOXUNULMAZLIĞI”: “İddia edilirdi ki, onların əməllərinə bilərəkdən göz yumulur”

!Reklam – Yazi

“Atılan bu addımlar həqiqətən də, korrupsiya və qanunsuzluqlara qarşı mübarizənin tərkib hissəsidir”.

Bunu ötən gün “Yeni klinika”nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyi (FHN) Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin qanunsuz əməllərinə görə həbs edilməsinə toxunan hüquqşünas Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

Hüquqşünas bildirib ki, adları çəkilən və onlara qanunsuz əməllərini törətməkdə yadımçı olan bir sıra şxəslərin həbsi dövlətin korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində atılan növbəti addımıdır. Lakin bu həbslərin müəyyən fərqli tərəfləri də mövcuddur:

“Cəmiyyətimizdə bəzi qüvvələr əsassız olaraq belə bir fikir formalaşdırmağa çalışırdılar ki, yeni kadrlar toxunulmazdır və onların etdikləri qanunsuzluqlara yüksək səviyyədə göz yumulur. Eyni zamanda, iddia edilirdi ki, həyata keçirilən həbslər klanlararası mübarizənin nəticəsidir və ancaq hansısa köhnə şəbəkəyə aid məmurlara şamil edilir.

Bu gün aparılan həbslər bir daha sübut etdi ki, bu cür fikirlərin heç bir əsası yoxdur. Atılan bu addımlar həqiqətən də, korrupsiya və qanunsuzluqlara qarşı mübarizənin tərkib hissəsidir. Təəssüfləndirici məqamlardan biri ağır pandemiya şəraitində insanların ən zəif tərəflərindən istifadə edərək onlardan pul tələb olunmasıdır.

Ancaq təcrübəyə istinad etsək, buna heç də təəccüblənmək lazım deyil. Çünki korrupsiyaya qurşanan və bu cür qanunsuzluqlarla qazanc əldə etmək istəyən şəxslər üçün qeyd olunan amillər heç bir rol oynamır. O qəbildən olan insanları sadəcə, hesabladıqları nəticə maraqlandırır.

İki məsul vəzifəli şəxsin həbs olunması bir sıra ciddi məqamlara aydınlıq gətirdi. Belə ki, kimliyindən asılı olmayaraq, istənilən şəxsin qanunsuz əməllərinə görə cəzalandırılacağı hər kəsə aydın oldu. Aparılan həbslər yaş və yaxud digər kriteriyalar üzrə həyata keçirilmir və gənc olmasına, yeni vəzifəyə təyin edilməsinə baxmayaraq, bütün məmurlar və vəzifəli şəxslər bundan lazımi nəticə çıxarmalıdırlar.

Həmçinin bütün ölkə üzrə aparılan bu prosesdə toxunulmaz kimsə yoxdur və olmayacaq. Ən əsas və vacib amillərdən biri də odur ki, ölkəmizdə bir sıra əhəmiyyətli sahələr bu cür tədbirlərin təsiri altına düşməlidir və başqa sektorlarda da təmizləmə işləri aparılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv