Gənc yazarın intihar görüntüsü – Fotolar

Xəbər verdiyimiz kimi, tanınmış gənc yazar Mövlud Mövlud (Mövlud Abdullayev) martın 16-da gecə saat 02:00 radələrində 7-ci mkr.n  Axundov küçəsində yerləşən işlədiyi ofisin binasından özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə şahidləri gənc yazarın ölüm anını lentə alaraq, azxeber.com-a göndəriblər. Görüntülərdən də göründüyü kimi, mərhum intihar etdikdən bir neçə dəqqiqə sonra hadisə yerinə təcili yardım maşını gəlib. Onun üstünün qəzetlə örtüldüyü görüntülərdə əksini tapıb.

Qeyd edək ki, intiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Yeniçağ.az