Türkiyə futbolunda mərc SKANDALI: "İstər futbolçu, istər idarəçi olsun..."

media-hightechnic-468x90

“Adı mərc oyunlarında hallanan oyunçular ömürlük futboldan uzaqlaşdırıla bilər”.

Bunu tanınmış idman jurnalisti Ceyhun Rzayev Yenicag.az-a açıqlamasında bildirib.

Şərhçi Türkiyədə son aylarda genişləndirilmiş mərc oyunları ilə bağlı aparılan istintaq haqqında danışıb:

“Türkiyədəki mərc oyunları qalmaqalını Azərbaycanda diqqətlə izləyirik. Həqiqətən də, görürsən ki, getdikcə halqa böyüyür, araşdırmalar davam edir. Açığı, mən Türkiyə Futbol Federasiyasının daxili qaydalarını çox bilmirəm.

Hər bir halda, aydındır ki, istər futbolçu, istər idarəçi olsun, mərc oyunlarında iştirak edənlərin hamısı müəyyən bir müddətlik, ya da ömürlük futboldan uzaqlaşdırılacaq. Klubların titulları mərc oyunlarına görə əlindən alına bilər, ya yox bu, TFF-nin daxili nizamnaməsindən asılıdır”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa