XİN rəhbəri: "Sülh sazişi üçün Ermənistan konstitusiyasının dəyişməsi mütləqdir"

media-hightechnic-468x90

Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası mütləqdir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

O qeyd edib ki, etimad quruculuğu istiqamətində vətəndaş cəmiyyəti nümayəndələri arasında hər iki ölkədə görüş keçirilib: “Noyabrda Qəbələ şəhərində Azərbaycan və Ermənistan tərəfləri arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş keçirilib. Buna qədər yanvar və fevralda bu konteksdə görüşlərin onlayn formatda keçirilib. Həmçinin, Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılmasına icazə verilib. Ancaq yekun sülh sazişi üçün qeyd etdiyimiz tələblərin icrası vacibdir”.

Nazir əlavə edib ki, cari ildə regionda dayanıqlı sülhün bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında prosesin normallaşması mühüm irəliləyişdir.

Onun sözlərinə görə, Vaşinqton sammiti bu prosesə mühüm töhfə verib. Vaşinqton görüşünün nəticələrinə əsasən, TRIPP layihəsi Azərbaycanın daxili birliyini təmin edəcək./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa