!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədəki cinayətlərlə bağlı daha 7 nəfər həbs edildi - RƏSMİ

!Reklam – Yazi

İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, eləcə də, axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.

Yenicag.az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki,10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs olunub.

Bildirilir ki, bir nəfər bu gün gecə saatlarında Qazax rayonu ərazisindən Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyən zaman saxlanılıb.

Bununla yanaşı, iyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib, 8 nəfər barəsində isə axtarış elan olunub.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.yenicag.az

2338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv