!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncənin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anıldı

!Reklam – Yazi

Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılıb.

Yenicag.az xəbər verir ki, Gəncə şəhərində keçirilən anım mərasimi raket hücumuna məruz qalmış ərazidə keçirilib.

Mərasimə şəhər rəhbərliyi, idarə və təşkilatların rəhbərləri, polis əməkdaşları, təhsil işçiləri və digər ictimaiyyət nümayəndələri qatılıb.

Düşmən terroru nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq güllər düzülüb, dualar edilib.
Bildirilib ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya atəşinə məruz qalıb./report

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv