!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Generalın əmlakının bölünməsi üçün məhkəmə prosesi uzadılır – Həyat yoldaşından şikayət - FOTO/VİDEO

!Reklam – Yazi

“2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edən general-leytenant Fuad Məmmədovun əmlaklarının bölünməsi məsələsində məhkəmə prosesi uzadılır”.

Bu sözləri Yenicag.az-a qarşılaşdığı vəziyyətlə bağlı şikayətində Fuad Məmmədovun həyat yoldaşı Məmmədova Gülsuqra Eldar qızı deyib.

Şikayətçi bildirib ki, 2021-ci il noyabr ayında Bakı şəhəri Səbail rayon Məhkəməsinə vərəsəlik və əmlak məsələsi ilə bağlı müraciət edib.

“Hakim Qafarova Rəna Nazim qızının sədrliyi ilə məhkəmə işi başladıldı. Üç ildir ki, məhkəmə prosesi davam edir. Eyni zamanda, Xəyyam İsgəndərov Eyvaz oğlu və İsa adlı (haqqında məlumat verilmədi) ekspertlər əraziyə müşahidə üçün buraxılmadığına görə əmlakın bölünmədiyi ilə bağlı rəy verilib. Bütün bu maneələr qarşısında yalnız 2024-cü ilin mart ayında məhkəmə qərar çıxara bilib”, – deyə şikayətçi qeyd edib.

“Ümumi olaraq əmlaklar 4 vərəsə arasında – Məmmədov Vaqif Fuad oğlu, Məmmədov Fərid Fuad oğlu, Məmmədova Fatimə Fuad qızı və Abbasova Pərvin Süleyman qızı arasında bölüşdürülməlidir.

Şüvəlanda 50 sot, Mərdəkanda isə 10.75 sot və 3.1 sot olmaqla qeyd edilən sahələr isə qeyri-şərtsiz bölünməlidir.

Eyni zamanda, 2019 model salondan əldə olunan “İnfiniti QX-80” və “Mitsubishi L200” markalı minik maşınları ilə bağlı isə ziddiyyətli məqam yaranıb. Belə ki, həmin maşınlar digər vərəsələrin icazəsi olmadan Abbasova Pərvin tərəfindən idarə edilir və dəyərinin düşməsi üçün qəsdən əmlaka ziyan vurulur. Həmin faktla bağlı əldə əsaslı sübutlar olmasına baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi Axundova Günay tərəfindən göz yumulur. Dövlət Yol Polisindən aldığımız sübutları məhkəməyə təqdim etsək də, dəlil yetərsizliyi və əsaslı sübutlar olmamaqla əsaslandırır. Cərimə varsa, demək ki, həmin maşın sürülür, bundan artıq hansı sübut lazımdır?”, – deyə o, bildirib.

Həmçinin şikayətçi, ekspertizanın hansısa maraqlar üçün düzgün qərar çıxarmadığını vurğulayıb.

“İndiyə qədər 2 ekspert təyin olunub. Ancaq onlar nə Novxanıya, nə Mərdəkana, nə də Badamdara gedib həmin əmlaklarda müşahidə aparıblar. Əlavə olaraq, Abbasova Pərvin Mərdəkanda 10 sotluq sahədə ekspertizanın müşahidə aparmasına şərait yaratmır. Həmin görüntülər də əlimdə sübut kimi var. Lakin nəzərə almaq lazımdır ki, ekspertin peyk görüntüləri ilə də rəy verməsi mümkündür. Ancaq içəri buraxılmadıqlarını əsas gətirərək, əmlakın bölünmədiyi ilə bağlı qərar çıxarılır. Görünür ki, hansısa maraqlar var. Lakin bu, birmənalı olaraq, qanun pozuntusudur”, – deyə şikayətçi bildirib.

Yenicag.az şikayətdə adı çəkilən qurumlar və şəxslərin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

COP29

www.yenicag.az

2244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv