Gizli kamera oğurluğu anbaan çəkdi – Bakıda – VİDEO
Binəqədi Rayon Mühafizə İdarəsi tərəfindən qorunan rayon ərazisindəki marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman, obyektin giriş qapısına oğurluq məqsədilə müdaxilə olunduğu aşkar edilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs qaçmaq istərkən RMİ əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə 4-cü Polis Bölməsinə təhvil verilib. Həmin şəxsin Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Kərim Məmmədov olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı mağazanın qapısını sındırmaq üçün istifadə etdiyi dəmir parçası və bıçaq aşkar olunaraq götürülüb.
Müşahidə qurğularına baxış keçirilərkən Kərim Məmmədovun həmin gün başqa bir ticarət obyektində oğurluğa cəhd etdiyi də müəyyənləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. (Region TV)