Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gömrükdə “paket” üsyanı – kütləvi istefalar gözlənilir

10181Dövlət Gömrük Komitəsində yanvardan qeyri-rəsmi maaşlar (“paket”) kəsildiyindən işçilər arasında gərginlik yaranıb. İdxalda monopoliyanın aradan götürülməsi və idxalçılardan alınan rüşvətin aradan qaldırılması “paket”lərin kəsilməsinə səbəb olub. Çünki “paket”lər bu mənbələr hesabına ödənilirdi. Bu barədə istiqlal.az-a gömrükdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, gömrükçülərə rəsmi maaşlarının 1-3 milsli həcmdə verilən “paket”lərin kəsilməsinə hazır olmadıqlarından şokdadırlar və hətta bir neçəsi işdən getmək haqda ərizə də yazıblar: Qeyri-rəsmi maaçlar uzun müddət problemsiz verildiyindən işçilərin sabit gəlir mənbəyi sayılırdı. Buna əsaslanıb ev və mənzil problemini həll etmək üçün kredit də götürmüşdülər. İndi bu kreditlərin qaytarılmasında problemlər yaranıb. Qeyri-rəsmi maaşların daha verilməcəyi bəlli olduğundan gömrükçülər iş axtarmağa başlayıb. Hətta rəhbər strukturlarda çalışanlar belə özəl sektorda iş axtarmağa başlayıb. Rəhbərlik rəsmi maaşların artırılması üçün hökumətə müraciət etsə də, cavab mənfi olub./ istiqlal

Loading...

www.yenicag.az

577
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100