“Google”dan “Gmail” istifadəçilərinə kritik təhlükəsizlik XƏBƏRDARLIĞI

media-hightechnic-468x90

“Google” dünya üzrə 2,5 milyarddan çox aktiv istifadəçisi olan “Gmail” üçün vacib təhlükəsizlik xəbərdarlığı yayıb.

Yenicag.az “Haber Global”a istinadla xəbər verir ki, şirkətdən verilən məlumata görə, kiberhücumçular “Google” dəstək komandası adından göndərilən saxta zəng və e-poçtlar vasitəsilə istifadəçi hesablarını ələ keçirməyə çalışırlar.

İddialara görə, hücumların arxasında fidyə proqramları və fişinq hücumları ilə tanınan “ShinyHunters” qrupunun dayanma ehtimalı var.

İlk olaraq, istifadəçiyə hesabına icazəsiz giriş edildiyi barədə saxta bildiriş göndərilir. Daha sonra “hesabı qorumaq” bəhanəsi ilə şifrə yeniləmə kodu yollanır və həmin kodun telefonda yüksək səslə oxunması tələb olunur. İstifadəçi kodu verdiyi anda hesab real vaxt rejimində hücumçuların əlinə keçir.

Şirkət təsdiq kodlarının heç kimlə paylaşılmamasını bir daha xatırladıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa