Reklam

Reklam

скачанные файлыABŞ-ın “Google” internet şirkətinin Belçikada yerləşən məlumat emalı mərkəzlərindən birini dörd ildırım vurması istifadəçi məlumatlarının qismən itirilməsinə səbəb olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, avqustun 13-də başlayan tufanın “Google Compute Engine” servisinin fəaliyyətinə təsir göstərməsi nəticəsində bir sıra istifadəçilər fayllardan istifadə etmək imkanından məhrum olub. Digər məlumatları bir neçə saat sonra bərpa etmək mümkün olub. Nasazlığı aradan qaldırmaq üçün şirkət dörd gün sərf edib.

“Google” nümayəndələri bildirib ki, təxminən 0,000001% informasiya məhv edilib: “Avtomatik yardımçı sistemlərin enerjinin verilməsini operativ şəkildə bərpa etməsinə və məlumat saxlama sistemlərinin ehtiyat batareya enerjisinə malik olmasına baxmayaraq bu yaxınlarda saxlanılan məlumatların bəzisi elektrik enerjisinin kəsilmələrinə daha çox həssas saxlama sistemlərində saxlanılıb”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."