Reklam

Reklam

d7d9f81ec2751f4ae2f0e088d3a93ac1Goranboy rayonuna güclü leysan yağıb.

Ötən gecə saat 03.40 radələrində Goranboyda yağan güclü leysan rayon ərazisindən axan Qaraçay çayında suyun səviyyəsini 4 metrədək artırıb. Rayonun Veyisli, Safıkürd kəndlərində yaşayış evlərinin zirzəmilərinə su dolub. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elçin Cahangirovun verdiyi məlumata görə, gecə saatlarında rayonun bütün qüvvələri səfərbər edilib, çayda daşqının qarşısı alınıb.

E. Cahangirov bildirib ki, güclü leysan nəticəsində evlərin zirzəmisinə dolan su FHN-in yerli qurumlarının iştirakı ilə təmizlənib.

Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."