Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Goranboyda kütləvi dava - Ölən və yaralananlar var

Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaq xəsarəti alıb.

Kütləvi dava zamanı bıçaqla qətlə yetirilən şəxs Dəliməmmədli qəsəbə sakini 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır. Bıçaq xəsarətləri alanlardan birinin kimliyi bəlli olub. O Dəliməmmədli qəsəbə sakini 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğludur.

İnsident zamanı daha bir neçə nəfərin bıçaqlandığı bildirilir.

Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

www.yenicag.az

1824
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100