Goranboy rayonunda silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu, Yenikənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı oradan 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 1 ədəd 60 mm-lik minaatan mərmisi, 2 ədəd alıştırıcısı üzərində olan, 1 ədəd alıştırıcısız “F-1”, 1 ədəd PRO, 1 ədəd RPN əl qumbaraları, ümumilikdə 1 632 ədəd müxtəlif kalibirli patron, 4 ədəd müxtəlif silahlara məxsus avtomat darağı və sandıqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
www.yenicag.az