“Görünür ki, idman bu ölkə üçün çox vacibdir”

media-hightechnic-468x90

baku_2015_1st_european_games_logo_new_010714Avropanın bəxti gətirdi ki, I Avropa Oyunlarını məhz Azərbaycan keçirir. Bunu Litvanın Avropa Oyunlarındakı nümayəndə heyətinin rəhbəri Einius Petkus deyib.

O, qeyd edib: “Nəhayət ki, idmanın müxtəlif növlərinin nümayəndələrinin bir qitədə birləşəcəyi tədbirimiz olacaq. Bu, çox maraqlı və cəlbedici çağırışdır. Avropa Oyunları qitə idmançılarının Olimpiya Oyunlarında daha çox medal qazanmasına xidmət edəcək”.

E.Petkus bildirib ki, Azərbaycan Oyunların keçirilməsinə yaxşı hazırlaşıb, yaradılmış infrastruktur digər belə tədbirlərin təşkilinə də kömək edə bilər: “Əminik ki, atletlərimizin məşq etməsi və yarışması üçün yaxşı şərait olacaq. Bakı gözəl şəhərdir, arenalar heyrətləndirir, görünür ki, idman bu ölkə üçün çox vacibdir”(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600