Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlandı

media-hightechnic-468x90

Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 23-də Özbəkistana səfər edib.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti UNESCO və ICESCO-nun himayəsi altında Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumunda və Əndican şəhərində təşkil olunan “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026″ ilinin açılış mərasimində iştirak edəcək”, – məlumatda bildirilib.

23-26 iyun tarixlərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu Şərq klassik musiqi irsinin mühüm qollarından sayılan məqam (muğam) sənətinin qorunması, təbliği və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına həsr olunub. Forumun proqramı elmi-praktik konfranslar, konsertlər, ustad dərsləri və yaradıcı müzakirələri əhatə edir.

“Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin rəsmi açılışı və bu çərçivədə keçiriləcək tədbirlər türk xalqlarının ortaq tarixi-mədəni irsinin təşviqi, mədəni həmrəyliyin möhkəmləndirilməsi və humanitar əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Nümayəndə heyətinin adıçəkilən tədbirlərdə iştirakı eyni zamanda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında qeyd olunan beynəlxalq mədəni tərəfdaşlıqların genişləndirilməsi üzrə müəyyən edilmiş strateji prioritetlərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05