İsmayıllıda traktor qəzası ölümlə nəticələndi
İsmayıllıda traktor qəzası ölümə səbəb olub.
YUenicag.az-ın məlumatına görə, hadisə Lahıc qəsəbəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əfəndiyev Əyyub İslam oğlu iş görərkən sepli traktorun altında qalıb.
İlkin məlumata görə, onun ayağı traktorun sepinə ilişib.
Nəticədə Ə.Əfəndiyev nəqliyyat vasitəsinin altında qalaraq ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.













