!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Görünür, möhtəkirlər və onları himayə edənlər prezidentin göstərişini gözləyirlər” – REAKSİYA

!Reklam – Yazi

“Hüquq-mühafizə orqanlarının həmin möhtəkirlərlə bağlı sərt tədbirlər görməyinə ehtiyac var”.

Bu fikirləri ölkədə unun bahalaşması və bəzi hallarda satışda tapılmamasının səbəblərinə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, ölkədə unun bahalaşması və satışdan yığışdırılması möhtəkirlərin daha çox pul qazanmaq istəyindən qaynaqlanır:

“İlk növbədə bunu qeyd etmək lazımdır ki, Azərbaycanda un bahalaşmamalıdır. Çünki hər ilin axırında dövlət tələb olunan həcmdə taxıl alır və Fövqəladə Hallar Nazirliyinin müvafiq anbarlarında yerləşdirilir.

Ona görə də unun qiymətinin artması təbil hal sayıla bilməz. Hesab edirəm ki, bu bahalaşmanın arxasında yenə də inhisarçı möhtəkirlər dayanır. Bu baxımdan, hüquq-mühafizə orqanlarının həmin möhtəkirlərlə bağlı sərt tədbirlər görməyinə ehtiyac var.

Ancaq hələ ki bu məhsulun bahalaşması müşahidə olunmaqdadır. Görünür, möhtəkirlər və onları himayə edənlər məsələnin qəti həlli üçün prezidentin göstərişini gözləyirlər”.

A.Zeynalov

www.yenicag.az

310
Ads
www.veteninfo.com
!Reklam – Arxiv