Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gorus-Qafan yolunun ƏHƏMİYYƏTİ: "Bu, regionda kommunikasiyaların bərpası üçün vacibdir"

Reklam: High Technic

“Kommunikasiyaların bərpası iqtisadi əlaqələrin güclənməsinə və region üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində gömrük postları və sərhəd prosedurlarını həyata keçirəcək nəzarət-buraxılış məntəqəsi qurmasını dəyərləndirən deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Gorus-Qafan yolu Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malikdir:

“Gorus-Qafan yolu xüsusən də keçmiş SSRİ dövründə regionda daha çox istifadə olunan nəqliyyat layihələrindən biri olub. Bu, sərnişin yükdaşımalarında regional olaraq xüsusi paya malik olub. Bu baxımdan həmin yol regionda kommunikasiyaların bərpası baxımından vacibdir. Çünki kommunikasiyaların bərpası bütövlükdə regiona daha çox sərmayənin cəlb edilməsi, eyni zamanda iqtisadi əlaqələrin güclənməsi və xüsusən də region üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək. Digər tərəfdən nəzərə alaq ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizinin məhz həmin ərazi və region üzrə genişləndirilməsi müşahidə olunacaq. Bu da region üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək və daha çox yüklərin Cənubi Qafqaz üzərindən Asiya və Avropaya daşınmasına zəmin yaradacaq.

Azərbaycan bütövlükdə regionda davamlı iqtisadi inkişaf, eyni zamanda dayanıqlı sülh üçün bu istiqamətdə əməkdaşlığı nümayiş etdirib. Xüsusən də 44 günlük savaşdakı zəfərimizdən sonra regionda formalaşmış reallıq ondan ibarətdir ki, region ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və sülh müqaviləsi ilə yeni kommunikasiyaların açılması fonunda əməkdaşlıq mərhələsinə qədəm qoymalıdır”.

Gülşən Şərif

www.yenicag.az

188
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100