Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Göyçayda iki avtomobil toqquşdu: yaralılar var-Fotolar

773e799cc4925200a72e441fe54b4a9aGöyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 12:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb. 68-BA-491 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-CH-440 dövlət nömrə nişanlı, “Audi” markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb. “VAZ 21011” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Manafov Vüsal Rafael oğlu və anası, 1955-ci il təvəllüdlü Manafova Gülburə Məmməd qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(APA)

Loading...

www.yenicag.az

675
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100