“Gözüyaşlı Xocalım“ sərgisi başlayacaq-İstanbulda

media-hightechnic-468x90

10877606_816894535052434_771912553_n1Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı dünyanın bir çox şəhərlərində anım tədbirləri keçirilir.

Fevralın 26-da İstanbulun Milli Saraylar Muzeyində Xocalı faciəsinə diqqəti cəlb etmək üçün “Gözüyaşlı Xocalım” adlı anım sərgisi təşkil olunacaq.

26-28 fevral tarixləri arasında baş tutacaq sərgidə müasir incəsənətin tanınmış nümayəndələrindən hesab olunan azərbaycanlı rəssamlar Niyaz Nəcəfov, Emin Əsgərov, Ramal Kazımov və Anar Hüseynzadə, eləcə də əfqan rəssam Reza Hazarenin əsərləri sərgilənəcək.

Sözügedən rəssamların əl işləri “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə sərgiyə təqdim edilib.

Qeyd edək ki, sərginin açılışında dünyaca məşhur italiyalı tenor Alessandro Safina da çıxış edəcək. Safino Behzat Gerçekerin rəhbərliyi altında ENBE orkestrinin müşayiətində Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin”i səsləndirəcək.

“Gözüyaşlı Xocalım” sərgisinin açılışına Türkiyə və Azərbaycandan olan siyasətçilər, mədəniyyət xadimləri dəvət olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600