“Gülənin “beyin qrupu” dağılır”- Latif Ərdoğan
Gülən camaatı arasında ciddi bir parçalanma mövcuddur. Bu barədə Gülən haqqında ilk kitabın – “Küçük Dünyam” müəllifi, illərlə camaat içərisində önəmli yer tutmuş Latif Ərdoğan bildirib.
Son illərdə Gülən haqqında bir sıra həqiqətləri ortaya çıxaran Latif Ərdoğan “həqiqəti görən yüz minlərlə insanın camaatdan qopduğunu, bu qopmaların davam edəcəyini” söyləyib.
Yenicag.az xəbər verir ki, L.Ərdoğan “artıq beyin komandasından da ayrılıq olacaq. Yaxın müddətdə Gülən yalnız qalacaq” deyib.
““Bank Asya” məsələsindən sonra artıq üst səviyyədəki şəxslər arasında da parçalanmalar olacaq. Çünki bunların gizli əməlləri ortaya çıxınca, bir çoxları aldadıldıqlarını başa düşəcəklər. Artıq içəridə bu gedişatın doğru olmadığını bildirən insanlar fikirlərini açıq deməyə başlayıblar. Çox keçməz, Gülən sadəcə 3-5 nəfərlə qalar. Çünki onun heç bir inandırıcılığı qalmayıb bütün kreditini bitirib. Bundan sonra ağlı başında olan kimsə onunla bərabər yürüməz”.