Xəbər verdiyimiz kimi, FETÖ lideri Fətullah Gülənin oktyabrın 20-də dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, Türkiyə mediası Gülənin öldüyü tarixi diqqət mərkəzində saxlayıb. Məlumata görə, oktyabrın 20-si həm də Ergenekon (Silahlı terror təşkilatının yaradılması və idarə edilməsi və s.) sui-qəsdi ilə bağlı ilk məhkəmə iclası günüdür.
Ergenekon sui-qəsdi 2007-ci ildə İstanbulun Ümraniye qəsəbəsində bir gecəqonduda əl qumbaralarının tapılması ilə başlayıb. İlk iclası 20 oktyabr 2008-ci ildə Silivri Həbsxanasının məhkəmə zalında keçirilən işlərdə 400-ə yaxın müttəhim Ergenekon üzvü olmaqda günahlandırılıb.
Ergenekon sui-qəsdi zamanı 100 mindən çox telefon dinlənilib, 3 min adam izlənilib, 1360 nəfər ifadə verib, 588 nəfər həbs edilib. İşdə 44 gizli şahid olub. Ümumi səhifə sayı 17 mini keçən 19 ittiham aktı hazırlanıb.
Ergenekon məhkəməsi zamanı admiral Uğur Yiğitə qarşı sui-qəsd təşkil etdiyi iddiası ilə mühakimə olunan polkovnik-leytenant Əli Tatar haqqında yeni həbs qərarı çıxarıldıqdan sonra o, intihar edib. Eyni ittiama görə həbs edilən MİT direktoru Kaşif Kozinoğlu məhkəməyə gəlmədən Silivri Həbsxanasında ürək tutmasından dünyasını dəyişib.
Türkiyənin əsgərləri, alimləri, jurnalistləri, ziyalıları bu sui-qəsdlə həbsxanaya salınıb, həyatları məhv edilib. İllər sonra bunun FETÖ sui-qəsdi olduğu üzə çıxıb.
2019-cu ildə məhkəmə təşkilat yaratmaqda ittiham olunan bütün müttəhimlərə bəraət verib. 4403 gündən sonra ədalət bərqərar olub./unikal
www.yenicag.az