Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Güləş yığmamızdan DÇ-də daha bir medal

Reklam: High Technic

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 2 çəkidə mübarizə aparıb.

40 kq çəkidə yarışan Ayşən Yusifova ilk görüşdə Gürcüstan təmsilçisindən üstün olsa da, yarımfinalda Bolqarıstan idmançısına uduzub. Bürünc medal uğrunda görüşə haqq qazanan güləşçimiz həlledici qarşılaşmada rəqibi Ukrayna təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı üstün tamamlayan güləşçimiz çempionatın bürünc medalını qazanıb.

Beləliklə, yeniyetmələrin Dünya çempionatında qadın güləşçilərin mübarizəsi başa çatıb. 6 idmançı ilə təmsil olunan yığmamız çempionatı 1 qızıl və 1 bürünc medalla tamamlayıb.

40 kq
Bürünc medal görüşü – Amina Ponomarova (UKR) – Ayşən Yusifova 4:7
1/2 final – Ayşən Yusifova – Petya Zarkova Delçeva (BUL) 2:4
1/4 final – Ayşən Yusifova – Mariam Karelidze (GEO) 2:0 (tuşe, 63 san.)

46 kq
1/8 final – Aynur Camalova – Anastasiya Yanotova (BLR) 1:8
1/16 final – Guzal İslomova (UZB) – Aynur Camalova 2:6 (tuşe)

www.yenicag.az

469
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM