Fövqəladə Hallar Nazirliyinin Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Ramik Əhmədovun ölümü ilə bağlı yeni təfərrüat məlum olub.
Yenicag.az xəbər verir ki, yaxınları qeyd edib ki, o, evdən ov itini öyrətmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb.
Onlar bildiriblər ki, Ramikin əvvəlcə alışqanı, papağı və ayaqqabıları tapılıb, lakin meyiti çox aralıda olub. Ramikin meyitini görənlərin sözlərinə görə, onun nəşi ağzıyuxarı vəziyyətdə imiş və bədənində güllə yarası olub.
Ətraflı Xəzər TV-nin süjetində:
www.yenicag.az