Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gündəyməzə qurban verilən təhlükəli mövzular - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 20-ci buraxılışı ilə görüşünüzə gəlib.

Hüseynbala Mirələmovun məlum videosu, rus sülhməramlılarının Qarabağdakı oyunları, Gürcüstan prezidentinin anti-Azərbaycan hərəkətləri, koronavirus həbsləri kimi həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

Buraxılışın mətni:

Cambaza bax, cambaza. Anadoluda məşhur olan bu misalın azərbaycancası odur ki, millət başını qaldırıb kəndirbaza baxarkən, əvvəl cibləri, daha sonra evləri soyulur… Günümüzün “gündəm”ləri də, əslində, bir “canbaza bax” oyunudur.

*

Qurşaqaltına işləyənlər…

İnsanoğlunun başı qurşaqaltına daha çox çalışdığından ən yaxşı “gündəm” oyunu kiminsə yatağına burun soxmaqdır. Sadəcə bir işarə yetər ki, cümleyi-bəşər, ələlxüsus da yeni evlilərin nəyi necə edəcəyini pusmaq üçün yengəlik institutunu əsrlərdən bəri qoruyan biz, o görüntülərə baxmaq üçün min bir yola baş vuraq.

Min birdən söz düşmüşkən, özünü “Min bir gecə”nin Şəhriyarı kimi görən Hüseynbala müəllimin gənc Şəhrizadına qarşı qayğıyla göstərdiyi nəvazişi sayəsində istənilən mövzu gündəmdə layiqli yerini tapmayacaq.

Məsələn, sərhəddə gərginlik olub, ermənilər sərxoş halda bizi atəşə tutublar, nə dəxli var, Hüseynbala müəllimin əlindən mühüm deyil ki…

Koronavirusla mübarizə aparmaq yerinə çarpayı satan baş həkimlər həbs olunublar, ancaq əlləri Hüseynbala müəllimin əlindən iti olmayıb ki…

Rusların Qarabağda hoqqa verməsi də Hüseynbala müəllimin solaxay hərəkətindən babat olmadığı kimi onun qədər təhlükəsiz də deyil.

Nəyimizə lazımdır, ağrımaz başımızı ağrıdaq, qoy Hüseynbala müəllimin “kruq”u ağsaqqalı düşdüyü çuxurdan çıxartmaq yerinə daha da batırsın. Gah oruc tutduğundan nə etdiyini bilmədiyini, gah da qızın qulağının kar olduğundan onu nəvazişlə dümsüklədiyini desinlər. Utanmasalar, əlil qızı işə aldığı üçün müəllimə medal verilməsini belə təklif edəcəklər… Yengəsi gülüm, vəkili Hadı ilə Səyavuş olanın aqibətindən nə danışasan axı…

*

Hande Harmançının dilinə doladığı səhiyyəmiz…

Karantinin ən sərt vaxtlarında bizə, “Ev də yat, zıbar”, – deyə çəmkirib, özü Qubada dincələn Hande Harmancı səhiyyə sektorumuzu konkret ələ salıb.

Handeciyim deyib ki, “Apardığımız sorğuların nəticəsinə görə Azərbaycanda əhalinin tanıdığı səhiyyə işçilərinə inamı yüksəkdir”.

İlk baxışdan, “Nə var bunda”, – deyəcəksiniz. Bəli, “tanıdığı” sözünü çıxartsaq, nə var axı bunda?! Ancaq cümləyə əlavə edilən bir sözlə Azərbaycanda kimsənin həkim tayfasına güvənmədiyini, insanların yalnız tanıdığı, etibar etdiklərinə üz tutduqlarını qeyd edib. Deyəndə ki, çörəyimizin duzu yoxdur, inanmırdınız. Baxın, Səhiyyə Nazirliyindən TƏBİB-inə neçə ildir, bunu yedirib, içirib, gəzdirirlər, ancaq Handeciyimin bunlara vurduğu qolun yanında Maradonanın o vaxt ingilislərə vurduğu qolun söhbəti belə gedə bilməz. Bravo, Handeciyim…

*
“Koronavirus biznesmenləri”

Söz səhiyyədən düşmüşkən, başqa millətin həkimləri bu pandemiya ilə mübarizənin yollarını, vaksinini axtararkən bizimkilər virusdan necə qazanc əldə etməyin yollarını çoxdan tapıblar.

Biz aylardan bəri özümüzə əl qatmışıq ki, ölkədə “koronavirus biznesi” qurulub və bu “biznesmenlər” dövlətin maraqlarının ziddinə olaraq karantin şərtlərinin qalxmamasında maraqlıdırlar. Və bu “koronavirus biznesmenləri” ancaq çarpayı satan baş həkimlərdən ibarət deyil. Bu gün məmurumuz da, sahibkarımız da, elə vətəndaşımız da karantindən yayınmanın yolunu çoxdan tapıb və artıq bir çoxları pandemiyadan “qaz vurub, qazan doldurmaq” levelinə keçiblər. Sadəcə tək qızıl qayda var: Yaxalanmayacaqsan… O qədər…

*
Salome Zurabişvilinin etdiyi qələt…

Qarabağda yaşananlar psixoloji savaşın tərkib hissəsidir. Azərbaycanın 30 il sonra öz torpaqlarında olmasını təkcə ermənilər həzm etməkdə çətinlik çəkmir. İranı, rusu, hətta gürcüsü belə türkün bu torpaqlardakı varlığından rahatsızlıqlarını hər fürsətdə bildirirlər. Çünki Azərbaycanla Türkiyənin prezidentlərinin Putin ilə dialoq quraraq gələcək üçün strateji addımlar atması hər birinin yuxusunu qaçırır. Onun üçün psixoloji olaraq bizi çökdürməyə, zəfərimizə kölgə salmağa çalışırlar. Sülhməramlıların çıxartmaq istədiyi parad hoqqası da göstərir ki, Rusiyada da bu sülhdə maraqlı olmayan tərəflər var və biz başımızda çatlaya biləcək təxribatlara hazırlıqlı olmalıyıq. Eyni zamanda, həmişə yanında olduğumuz Gürcüstana rəhbərlik edən Salome Zurabişviliyə də yerini göstərməyin vaxtı çatıb. Hakimiyyətə gəldiyi gündən Azərbaycana dişlərini qıcıyan bu “fransızuskiy” gürcünün cavabı verilməsə, özünü Tamara olaraq görməkdə davam edəcək. Ona Şah Abbasın Gürcüstanda elədiklərini xatırlatmaq lazımdır ki, bir də digərləri Zurabişvilinin etdiyi qələtləri təkrarlamasınlar. “Qələt” farsca “səhv” deməkdir, yanlış anlaşılmasın…

*
Olqadan Bayram Nurluya…

Bu arada, 10 manatlıq konturla “çerez telefon” siğə kəbini kəsdirib, Olqaya Artur Rəsizadədən daha yaxşı azərbaycanca öyrədən qardaşı təbrik edir, Bayram Nurlunu Türkiyəyə proqram aparmağa dəvət edəni isə şiddətli şəkildə qınayıram. I Dünya Müharibəsi zamanı belə düşmənləri Türkiyəyə bu qədər ağır zərbə vurmaq istəməmişkən qardaş qardaşa bunu yaparmı, arkadaş? Ya onlar da Bülənt Ərsoyu Bakıya transfer etmək istəsələr, başımıza Güzdəyin yoxsa Qaradağın daşını tökəcəyik? Ən salamatı ziyanın yarısından qayıtmaqdır, vallah…

Loading...

www.yenicag.az

353
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100