“Vətəndaş” tədqiqat və İnkişaf İctimai Birliyinin sədri, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş Günel Səfərova son günlər siyasi partiyada təmsil olunacağı ilə bağlı yayılan şaiyələrə cavab verib.
Yenicag.az xəbər verir ki, Günel Səfərova bu barədə öz “Facebook” səhifəsində yazıb.
Həmin bəyanatı olduğu kimi təqdim edirik:
“1997-ci ildən ictimai fəaliyyətlə məşğulam. 2015 və 2020-ci illər parlament seçkilərində iştirak etmişəm, hər ikisində nəticə göstərmişəm. Bu günə qədər heç bir siyasi partiyada və qrupda olmamışam (2015-də bir siyasi platformaya qısa müddətlik qatılmışdım, doğru olmasa da). Bundan sonra da heç bir siyasi qrupda və partiyada təmsil olunmayacam. Müstəqil fəaliyyət göstərərək demokratiya uğrunda mübarizə aparacağam. Mən siyasi partiyada olmağı kimdənsə asılı olmaq kimi, təhkimçiliyin ayrı növü kimi qəbul edirəm. Bir daha vurğulayıram ki, müstəqil olsam da bitərəf də deyiləm, ölkəmin, vətəndaşımın tərəfindəyəm. Çünki fərqi vətəndaş bilir!”