Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Günəşli” faciəsində itkin düşən daha 2 neftçinin cəsədi tapıldı

Ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilib, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, meyitlər müvafiq qaydada çıxarıldıqdan sonra dövlət orqanlarına təhvil verilib.

Analizlər nəticəsində müəyyən edilib ki, tapılan cəsədlərdən biri 2015-ci ildə baş vermiş həmin qəza zamanı itkin düşmüş, 4-cü dərəcəli neft-qazçıxarma operatoru 1971-cü il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsusdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veiləcək. Mərhum neftçinin ailəsinə başsağlığı verir və Allahdan rəhmət diləyirik.

Digər cəsədin qalıqlarının analizləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

www.yenicag.az

909