Güngör Yavuzaslan: "O foto düşmənə qorxu salan bir an idi"

media-hightechnic-468x90

“Pakistanın Türkiyə və Azərbaycan liderləri ilə birgə dostluq mesajı verməsi, bizi gələcəkdə gözləyən yeni bir siyasi ittifaqın rəmzi idi”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan bildirib.

Qardaş ölkəni təmsil edən şərhçi Antalyada keçirilən Diplomatik Forumun nəticələrini təhlil edərək, Türkiyə-Azərbaycan qardaşlığına Pakistanın da rəsmən qoşulacağı barədə mühüm mesajlar verib:

“Antalya Diplomatik Forumunda dünyadakı qeyri-müəyyənliklər dövründə yeni həll yolları müzakirə edildi. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində nəzərdən keçirilən ən önəmli məsələlərdən biri ortaq əlifba ilə bağlı təşkil olunan “dəyirmi masa” oldu. Müzakirələrə türk dünyasının hər yerindən nümayəndələrin qatılması, TDT-yə üzv ölkələrin yüksək səviyyədə təmsil olunması baxımından böyük əhəmiyyət kəsb edirdi.

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçlü dostluq mesajını əks etdirən həmin foto, dosta güvən, düşmənə isə qorxu salan bir an idi. Türkiyə və Azərbaycan qardaşlığı Şuşa bəyannaməsi ilə hərbi müstəvidə ən pik nöqtəyə çatdığı bir vaxtda, nüvə gücü olan Pakistanın da bu mənzərədə yer alması, qarşıda bizi gözləyən yeni siyasi ittifaqın şifrələrindən xəbər verirdi. Türk dövlətlərinin strateji hədəflərində gələcəkdə Pakistanı da görə bilərik. Hazırda mediada Pakistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə qəbul edilməsi məsələsi də diqqət mərkəzindədir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05