!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan DTX: "Suriyalı döyüşçülərin Azərbaycana keçməsi məlumatı yalandır"

!Reklam – Yazi
“Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin Türkiyədən Azərbaycana Gürcüstan ərazisi vasitəsilə keçməsi barədə yayılan məlumatlar yalandır və bölgədəki vəziyyəti daha da gərginləşdirməyə yönəldilib”.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili bildirib.

“DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə aktiv əlaqəni davam etdirir. Təhlükəsizlik məsələləri üzrə bütün qərarlar regiondakı vəziyyət və cari proseslər nəzərə alınmaqla qəbul ediləcək. Gürcüstanın dövlət təhlükəsizliyi və bölgədəki sabitliyə təhdid olan istənilən fəaliyyətə qarşı qanuna uyğun tədbirlər görüləcək”, – deyə o, vurğulayıb.

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv