!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan Kür çayı üzərində Su Elektrik Stansiyası tikəcək

!Reklam – Yazi

kuraGürcüstan hökuməti ölkə ərazisində 5 yeni Su Elektrik Stansiyasının (SES) tikintisi barədə qərar qəbul edib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu stansiyalardan biri Tbilisi şəhərinin qərbində Kür çayı üzərində tikiləcək.

“Diqomi SES” adlanacaq yeni stansiya 17,5 MVt gücündə olacaq. Stansiyanın tikintisinə 35 milyon dollar vəsait ayrılacaq. Tikinti işlərinin 2,5 ilə başa çatdırılması nəzərdə tutulub.

Tbilisinin mərkəzində Ortaçala adlanan ərazidə, Kür çayı üzərində artıq bir stansiya fəaliyyət göstərir.

Gürcüstanın Energetika Nazirliyindən “Report”a bildiriblər ki, yaxın iki il ərzində ölkə ərazisində daha 4 stansiya tikiləcək. Stansiyaların tikintisi ilə əlaqədar tender elan edilib.
Yeni tikiləcək stansiyalardan biri Acariya Muxtar Respublikasının ərazisində, qalanları Gürcüstanın digər bölgələrində fəaliyyət göstərəcək.

Acariya ərazisindən keçən Kintrişa çayı üzərində tikiləcək “Koxi SES” stansiyası 11,2 MVt gücündə olacaq və onun inşasına 21 milyon dollar xərclənəcək.

Quriya regionunda Supsa və Baramidzeskali çayları üzərində 8,6 MVt gücündə “Suberi SES-2” və 5 MVt gücündə “Baramidze SES-2” stansiyaları inşa olunacaq. Bu stansiyaların tikintisinə 25,4 milyon dollar sərmayə yatırılacaq.

İmereti bölgəsində Kvirila çayı üzərində 4,2 MVt gücündə olacaq “Zestafoni-1 SES” stansiyasının tikintisi üçün isə 8,5 milyon dollar maliyyə vəsaiti sərf olunacaq.

Bəzi siyasətçilər və analitiklər yeni tikiləcək stansiyaların Gürcüstan ekologiyasına ciddi ziyan vuracağını iddia edirlər.

Nazirlikdə isə bildiriblər ki, bu stansiyaların tikintisi zamanı ekoloji tarazlıq tam qorunacaq və ətraf mühitə ziyan dəyməyəcək.

Yenicag.az

COP29

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv