!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan ordusunun azərbaycanlı hərbçisi həlak oldu

!Reklam – Yazi

Gürcüstan ordusunun azərbaycanlı hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu il iyunun 8-də Gürcüstan MN-nin Hərbi Polis Departamenti Müdafiə Qüvvələrinin bölmələrindən birində xidmət edən 2005-ci il təvəllüdlü hərbi qulluqçu Yusif Nəsibovun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 115-ci (intihar) maddəsi ilə istintaqa başlayıb.

Qeyd olunub ki, hərbi qulluqçu hadisə baş verərkən postda qarovulda olub. Məlumata görə, atəş səsinin gəlməsindən sonra əraziyə baxış keçirilərkən Yusif Nəsibovun meyiti aşkarlanıb.

İlkin məlumata görə, hərbi qulluqçu atəş nəticəsində çənəsindən xəsarət alıb və hadisə yerində dünyasını dəyişib.

Gürcüstan MN-nin Hərbi Polis Departamentinin faktla bağlı istintaqı davam etdirdiyi qeyd olunub.

MN hadisəyə görə dərin kədər hissi keçirdiyini və həlak olan hərbi qulluqçunun ailəsinə və qohumlarına başsağlığı verdiyini açıqlayıb.

Qeyd edək ki, 18 yaşlı Yusif Nəsibovun Marneuli rayonunun Qırıxlı kəndindəndir.

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv