!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan parlamentində qapalı QARABAĞ MÜZAKİRƏLƏRİ: “Bizi zala buraxmırlar” – Keçmiş deputat

!Reklam – Yazi

“Aparılan müzakirələrin Azərbaycanın maraqlarına uyğun olacağını təxmin etmirəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında aprelin 12-də Gürcüstan parlamentində Qarabağda yaranmış vəziyyətin qapalı müzakirəsinin təşkilinə münasibət bildirən Vahid Milli Hərəkat Partiyasından (VMHP) sabiq deputat Azər Süleymanov deyib.

Azər Süleymanovun sözlərinə görə, parlamentdə Qarabağla bağlı müzakirələrin hansı məqsədlə təşkil edildiyinə dair heç bir məlumat verilmir:

“Bu məsələ keçmiş millət vəkili kimi məni çox narahat etdiyi üçün iclasda iştiraka cəhd göstərsəm də, bizi zala buraxmadılar. O cümlədən, nə azərbaycanlı deputatlardan, nə də parlamentin başqa üzvlərindən bu barədə heç nə öyrənə bilmədik.

Maraqlıdır, Gürcüstan parlamenti Qarabağdakı vəziyyəti niyə müzakirə etməlidir? Qarabağda onları narahat edəcək nə vəziyyət ola bilər? Heç nə demirlər, bu barədə danışmırlar.

Burada azərbaycanlı deputatların mövqeyinə diqqət yetirmək istərdim. Biz deputat olduğumuz dönəmdə Azərbaycanın əleyhinə bir məsələnin də müzakirəyə çıxarılmasına imkan vermirdik. İndi isə gördüyünüz kimi…

Aparılan müzakirələrin Azərbaycanın maraqlarına uyğun olacağını təxmin etmirəm. Bəlkə Gürcüstan da Azərbaycanda Türkiyə hərbçilərinin olmasından narahatdır, bunda özü üçün təhlükə görür? Hətta əgər belədirsə, onların dəyişə biləcəyi heç nə yoxdur, bu, Azərbaycanın öz işidir”.

Aqil Bəkir

www.yenicag.az

676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv