Gürcüstan “Qarabağ Uğrunda” Jurnalsit Hərəkatından yazdı

media-hightechnic-468x90

sayt_hazirBir neçə gün öncə təsis olunmuş “Qarabağ Uğrunda” Jurnalsit Hərəkatı region ölkələrinin də diqqətini cəlb edib.

Gürcüstanın məşhur informasiya portalı “Netgazeti” (www.netgazeti.ge) azərbaycanlı jurnalistlərin təşəbbüsündən, “Qarabağ Uğrunda” Jurnalist Hərəkatının məqsəd və məramlarından yazıb. Hərəkatın yaydığı bəyanata istinad edən netgazeti.ge Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsinə də diqqət yönəldib.

Xatırladaq ki, “Qarbağ Uğrunda” Jurnalist Hərəkatı, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu, “Qafqazinfo” saytının baş direktoru Elbrus Ərud, Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu və AzerFax.az sayıtnın baş redaktoru Nicat Dağların təşəbbüsü ilə yaradılıb.

Hərəkat region və Avropa ölkələrinin aparıcı KİV orqanlarının redaksiyalarında görüşlər təşkil etməyi və həmin media qurumlar ilə əməkdaşlıq quraraq Qarabağla bağlı yazıların müxtəlif dillərdə dərc etdirməyi əsas hədələrdən biri kimi müəyyənləşdirib.

Netgazeti.ge-də yayımlanmış xəbərin linkini təqdim edirik: http://www.netgazeti.ge/GE/105/News/41150/.htm

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600