!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan Rusiyaya qarşı: "Tiflis Avropa İttifaqının tətbiq etdiyi sanksiyalaya qoşulacaq" - RƏY

!Reklam – Yazi

“Gürcüstan Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalaya qoşulacaq”.

Bunu Avropa İttifaqının Gürcüstana xəbərdarlıq etməsini və sanksiyalara məruz qalma ehtimalını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Gürcüstanın sanksiyalara qoşulmaqdan başqa çarəsi yoxdur:

“Avropa İttifaqı Rusiya ilə aviareyslərin bərpa edilməsi ilə bağlı iki ölkəyə xəbərdarlıq edib. Bu ölkələr Türkiyə və Gürcüstandır. Aviareyslərlə bağlı Avropa İttifaqının sanksiyalarına Gürcüstan və Türkiyə qoşulmasa, həmin ölkələrə qadağalar tətbiq edə bilər. ABŞ Gürcüstandan əvvəl Türkiyəyə bu yöndə xəbərdarlıq etmişdi.

Ukrayna məsələsi ilə əlaqədar Gürcüstan sanksiyalara birtərəfli qoşulmur.

Avropa İttifaqı Moldova və Ukrayna ilə əlaqədar memarandum imzaladı. Gürcüstan memaranduma qoşulmadı. Sonradan Gürcüstan bəyan etdi ki, gec də olsa prosesə qoşulmalıdılar.

Baxmayaraq ki, 2008-ci ildə Abxaziya və Osetiya Rusiya tərəfindən işğal edildi, buna hətta ilhaq da demək olar, İvanaşvili hökuməti yenə də Rusiyaya qarşı sanksiyalara qoşulmaq istəmirdi.

Amma hesab edirəm ki, Gürcüstan Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalaya qoşulacaq, başqa çıxış yolu yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv