!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan və Ermənistan vətəndaşları biometrik şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə biləcək

!Reklam – Yazi

Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən 12 yanvar 2023-cü ildə imzalanmış “Gürcüstan və Ermənistan Respublikası arasında vətəndaşların vizasız hərəkətinə dair” qanun qüvvəyə minib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, razılaşmaya əsasən, hər iki ölkənin vətəndaşları yalnız biometrik şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə biləcəklər.

Məlumatda o da bildirilib ki, razılaşmanın məqsədi Gürcüstan və Ermənistan vətəndaşları üçün daha əlverişli qarşılıqlı səfər imkanı yaratmaqdır.

Qeyd olunub ki, Baş nazirlər tərəfindən imzalanmış razılaşma iki ölkə arasında 19 may 1993-cü ildə imzalanmış vizasız səfərlərə dair qanunu əvəz edib./APA

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv