Gürcüstana külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
Yenicag.az xəbər verir ki, Gürcüstan-Türkiyə sərhədində Vale sərhəd-keçid məntəqəsi ərazisində saxlanılmış Azərbaycan vətəndaşının üzərində axtarış zamanı 1 kiloqram 500 qram çəkidə həşiş aşkar olunub.
Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Gürcüstan DİN-nin məlumatına əsasən, yanvarın 1-dən may ayının 10-na qədər həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 9 kiloqram heroin, 1 kiloqram 200 qram kokain, tərkibində buprenorfin olan 5 000 həb və digər narkotik tərkibli vasitələr müsadirə olunub.
Qeyd edək ki, mayın 7-də Gürcüstan-Türkiyə sərhədində yerləşən “Kartsaxi” sərhəd-keçid məntəqəsində Gürcüstana 1400 ədəd “suboksin” həbi keçirməyə cəhd etmiş 2 Azərbaycan vətəndaşı saxlanılıb. (APA)
www.yenicag.az