Gürcüstanda daha 1162 nəfər koronavirusa yoluxdu
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha 1162 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 17 477 nəfərə, ölənlərin sayı 136 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6300 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 8060 nəfərin sağaldığı bildirilir.