Gürcüstanda son sutka ərzində koronavirusa daha 569 nəfər yoluxub, 329 nəfər sağalıb, 9 pasiyent isə vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək infeksiyaya yoluxanların sayı 12 841-ə çatıb. Sağalanların sayı 6 867, vəfat edənlərin sayı isə 102 olub.
Karantində 5 590, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi yüngül keçirən 1 393 nəfər isə xüsusi otellərdə müalicə olunur.
www.yenicag.az