Gürcüstanda hökumətin istefası tələb olundu

media-hightechnic-468x90

скачанные файлыGürcüstanın paytaxtı Tbilisidə ölkənin milli valyutası olan larinin sürətlə ucuzlaşmasına görə etiraz aksiyası keçirilib.

Aksiya maliyyə naziri Nodar Xaduri ilə iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin gürcü biznesmenləri ilə görüş keçirdiyi “Tbilisi Marriot” mehmanxanasının qarşısında baş tutub.

Etirazçılar əllərində “Sıravi larini xilas etmək!”, “Xaduri, get!” və “Gedin! Larinin kuponlaşmasını dayandırın!” şüarları ilə hökuməti istefaya çağırıblar.

“Biz hökümətin, nazirlər Nodar Xaduri və Georgi Kvirikaşvilinin dərhal istefa verməsini tələb edirik. Onsuz da ehtiyac içində yaşayan xalq hökumətə görə daha da pis vəziyyətə düşüb. Onlar mütləq istefa verməlidirlər. Çünki korrupsiyalaşmış və fəaliyyətsiz hökumət gürcü xalqının arzularını əks etdirmir”, – “Ədalətli nəsil” təşkilatının sədri Girşel Bartaya deyib. Bundan başqa, aksiyada “Azad zona” təşkilatı da iştirak edib.

Gürcü larisi 2014-cü il noyabrın 20-dən dollara qarşı ucuzlaşır. Sonuncu məzənnələr 1 dolların 2,19 lari olduğunu göstərir. Ucuzlaşmaya qədər l dollar 1,74 lariyə bərabər idi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600