Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstanda karantin müddəti qısaldıldı

Gürcüstanda karantin müddəti 12 gündən 8 günədək endirilib.

Yenicag.az xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərara əsasən, karantin və ya özünütəcrid rejimində olan şəxsin 8 gündən sonra verəcəyi test neqativ çıxacaqsa o, karantin zonasını 9-cu gündə tərk edəcək və 12-ci gündə təkrar test verməli olacaq.

Qeyd edək ki, qonşu ölkədə karantin müddəti avqustun 13-də 14 gündən 12 günədək azaldılıb.

www.yenicag.az

211