Gürcüstanda koronavirusa yoluxanların sayı 50 mini ötdü

media-hightechnic-468x90

Gürcüstanda son sutkada daha 2 775 nəfər koronavirusa yoluxub, 3 560 nəfər sağalıb, 22 pasiyent isə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 51 993 nəfərə çatıb. Onların 37 019-u sağalıb, 423-ü isə ölüb.

Hazırda karantində 3 094, stasionar nəzarətdə 4 618 nəfər saxlanılır. 2 438 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600