İsrail işğal etdiyi ərazilərdən geri çəkilməyəcəyini açıqladı

media-hightechnic-468x90

İsrail “müəyyən olunmamış müddət ərzində” Cənubi Livan, Suriya və Qəzza sektorunda nəzarətdə saxladığı təhlükəsizlik zonalarından qoşunlarını çıxarmağı planlaşdırmır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats açıqlama verib.

Nazirin sözlərinə görə, İsrail Müdafiə Ordusu israilli vətəndaşların və yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında qeyri-müəyyən müddət ərzində qalacaq.

Qeyd edək ki, iyunun 26-da ABŞ dövlət katibi Marko Rubio İsrailin ABŞ-dakı səfiri Yehiel Leiter və Livanın ABŞ-dakı səfiri Nada Hammade-Muavvad ilə aparılan beş raund danışıqlardan sonra tərəflər arasında əldə olunan çərçivə sazişini elan etmişdi.

Sazişə əsasən, Livan Silahlı Qüvvələrinin mərhələli şəkildə ölkənin bütün ərazisində effektiv suveren nəzarəti bərpa etməsi, qeyri-dövlət silahlı qruplarının tərksilah olunması və onların hərbi infrastrukturunun ləğvi nəzərdə tutulur. Bu addımların İsrail qoşunlarının Cənubi Livandan çıxarılması üçün şərait yaratması planlaşdırılır. Lakin son açıqlama İsrailin hazırkı mərhələdə belə bir geriçəkilməni nəzərdə tutmadığını göstərir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05