İranda Əli Xamenei ilə vida günlərində 850 məhbus əfv olunacaq

media-hightechnic-468x90
İran rəhbərliyi ölkənin həlak olmuş ali lideri Əli Xamenei ilə vida mərasimi günlərində yüngül cinayətlər törətmiş ən azı 850 məhbusun əfv edilməsi barədə göstəriş verib.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, Əli Xamenei ilə vida mərasiminə iyulun 3-də Tehranda başlanılacaq. Matəm tədbirinə ən azı 30 ölkədən gələn yüksəksəviyyəli nümayəndə heyətləri qatılacaq. İyulun 4-dən 5-dək Əli Xameneinin nəşi Tehranın Mosalla kompleksində (Tehranın ən böyük dini-ictimai kompleksi) saxlanılacaq və burada hər kəs mərhum liderlə vidalaşa biləcək. İyulun 6-da İran paytaxtının mərkəzi küçələrində matəm yürüşü keçiriləcək, bundan sonra cənazə ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə aparılacaq və burada iyulun 7-də yas mərasimləri təşkil olunacaq. Xameneinin dəfn mərasiminin isə iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində keçirilməsi planlaşdırılıb.

media-banner_tkm
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05