Tramp ilk dəfə Qətərin hədiyyə etdiyi yeni prezident təyyarəsi ilə uçdu

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp ilk dəfə Qətər tərəfindən hədiyyə edilən yeni prezident təyyarəsi “Boeing 747-8” ilə uçuş həyata keçirib.

media-banner_tuq

Yenicag.az  xəbər verir ki, Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında Şimali Dakota ştatına məhz bu təyyarə ilə yola düşəcəyini bildirib.

“İlk uçuşla bağlı böyük həvəslə doluyam. Təyyarə üzərində işlər tamamlanıb. İndi o, prezidentin tələblərinə cavab verir. Bu, həm təhlükəsizlik, həm də quraşdırılmış müxtəlif avadanlıqlara aiddir”, – deyə ABŞ lideri yeni təyyarənin fonunda bildirib.

Tünd mavi, qırmızı və qızılı rənglərdə boyanan yeni prezident təyyarəsi Donald Tramp tərəfindən iyunun ortalarında təqdim olunmuşdu.

Məlumata görə, Qətər krallıq ailəsinin 2025-ci ildə hədiyyə etdiyi “Boeing 747-8” 30 ildən artıq istifadə edilən Boeing 747-2 təyyarəsini əvəz edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05