Gürcüstan Müdafiə Nazirliyinin rəhbəri dəyişəcək.
Yenicag.az xəbər verir mki, bu barədə Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze jurnalistlərə bildirib.
Kobaxidze deyib ki, o, yeni kabinetdə yalnız hərbi idarənin rəhbərini əvəz edəcək.
“Bütün hökumət üzvlərini qalmağa dəvət etdim. Yalnız müdafiə naziri Cuanşer Burçuladze siyasətdən başqa sahəyə keçmək istəyirdi. Mən onun qərarına hörmət edirəm.
Müvafiq olaraq, Gürcüstan hökumətində yeganə dəyişiklik olacaq. Müdafiə naziri postuna parlament sədrinin müavini İrakli Çikovaninin namizədliyi irəli sürüləcək”, – Kobaxidze qeyd edib.
Bundan əvvəl hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurultayı keçirilib. Qurultayda keçmiş baş nazir İrakli Qaribaşvili partiyanın yeni rəhbəri, partiyaya əvvəllər rəhbərlik etmiş Kobaxidze isə baş nazirə namizəd kimi seçilib.
Xuraman Etibarlı
www.yenicag.az